wrapper

Belçika Pro Liqasında çempionun adına aydınlıq gəlib.

Futbol11.az xəbər verir ki, çempionluq qrupunun 9-cu turunda "Anderlext" "Şarlerua"nın qonağı olub. Oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra "Anderlext" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

"Anderlext" tarixində 34-cü çempionluğunu yaşayıb.