wrapper

"Milan" "Real"ın futbolçusuna elçi düşüb. Futbol11.az xəbər verir ki, İtaliya klubu Luka Modriçi heyətinə qatmaq istəyir.

Xorvatiyalı futbolçunun yayda komandanı tərk edəcəyi gözlənilir. "Milan" ona uzun müddətli müqavilə və yaxşı maaş təklif edir.

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən 30 milyon avroya "Real"a transfer olunub. 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə 36 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Son redaktə Cümə, 19 May 2017