wrapper

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Siti”nin futbolçusu Yaya Ture başa çatan müqaviləsini yeniləməyəcək.

Futbol11.az xəbər verir ki, kot-d-ivuarlı futbolçunun agenti Dmitri Selyuk Turenin Çin klublarına transfer olmayacağını açıqlayıb: “İtaliya Yayanın oynamaq istədiyi yerdir. A Seriyası top çempionatlardan biridir. Heç bir klubla görüşmədik, amma təklifləri dinləməyə hazırıq. Ture səviyyəli futbolçudur və hər komandada oynamaz. Sadəcə, böyük klublar onu transfer edə bilər. Məsələn, “Bavariya”da oynaya bilər. Çin və Amerika klubları ilə görüşmək fikrimiz yoxdur. Ture karyerasını Avropada davam etdirəcək”. 

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi 2010-cu ildən “Mançester Siti”də çıxış edir.

Son redaktə Cümə, 19 May 2017