wrapper

Madrid "Real"ının hücumçusu Alvaro Morata karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Futbol11.az xəbər verir ki, "Mançester Yunayted" klubundan da təklif alan ispaniyalı forvard "qırmızı şeytanlar"da oynamaqdan imtina edib.

İspaniya millisinin üzvü son Premyer Liqa çempionu "Çelsi"nin formasını geyinməyə yaxındır. Bu barədə "Daily Mirror" məlumat verib. İddiaya görə, tərəflər 85 milyon avro qarşılığında razılığa gəliblər.

Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm "Real"ın heyətində 26 La Liqa matçında iştirak edib və 15 qol vurmağı bacarıb.