wrapper

"Pekin Qoyan"ın futbolçudu Burak Yılmaz karyerasını Türkiyədə davam etdirə bilər. 

Futbol11.az xəbər verir ki. Superliqada mübarizə aparan "Trabzonspor" klubu Türkiyə millisinin üzvü ilə anlaşıb. Bu barədə klubun prezidenti Muharrem Usta açıqlama verib.

O, forvardla danışıqların son mərhələdə olduğunu deyib: "Burak Yılmazla anlaşmışıq. Özü 50-ci ildə "Trabzonspor"da oynamaq istəyir. Biz də onu gətirmək arZusundayıq. Amma klubu ilə anlaşmaq lazımdı. Hazırda danışıqlar davam edir. Anlaşma əldə olunsa, transfer baş tutacaq".

Qeyd edək ki, Burak Yılmaz 2010-cu ildə "Fənərbaxça"dan transfer olunduğu "Trabzonspor"da 2 il oynayıb. Qara dəniz klubu 2012-ci ildə onu 5 milyon avroya "Qalatasaray"a satıb. 

Futbol11.az

Son redaktə Bazar, 16 İyul 2017