wrapper

"Valensiya" klubu braziliyalı qapıçısı Dieqo Alveşlə yolları ayırıb.  Futbol11.az xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirəcək.

Təcrübəli əlcək ahibi "Flamenqo" klubuna transfer olub. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Braziliya təmsilçisi bu transfer üçün "yarasalar"a 300 min avro təzminat ödəyib.

Qeyd edək ki, Alveş La Liqa tarixində ən çox penalti zərərsizləşdirən qapıçıdır.