wrapper

Polşa çempionatında 2017/18 mövsümünə start verilib. Futbol11.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya" ilk turunda "Termalika" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 47-ci dəqiqədə penaltidən dəqiq yararlanan Luşak Sekulski vurub.

Xatırladaq ki, "Qəbələ" "Yagelloniya" ilə Bakıda keçirdiyi ilk oyundan 1:1 hesablı bərabərliklə ayrılıb. Bu cütün cavab qarşılaşması iyulun 20-də Polşada baş tutacaq.