wrapper

Bakının sabiq futbolçusu Jabanın yeni klubu məlum olub. Futbol11.az xəbər verir ki, braziliyalı futbolçu Türkiyənin həvəskarlar liqasında çıxış edən "Somaspor"la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Jaba mövsümün ilk hissəsini "Kurtuluşspor"da keçirib. 36 yaşlı qışda BAL liqasında çıxış edən "Gebzespor"a keçmişdi.

Əlavə edək ki, Tural Qürbətov, İlham Allahverdiyev, Röyal Nəcəfov kimi azərbaycanlı futbolçular da BAL liqasında çıxış edirlər.

Jaba 2009/12 və 2014/15 mövsümlərində "Bakı"nın şərəfini qoruyub.