wrapper

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında sabah səfərdə Gürcüstanın "Samtredia" klubunun qonağı olacaq.

Futbol11.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxıb.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 5:0 hesabıyla qalib gələn "Qarabağ"ın "Samtredia" ilə cavab matçı sabah saat 21:00-da start götürəcək.