wrapper

Neymarı 222 milyon avroya PSJ-yə satan "Barselona"nın həmin mövqeyə futbolçu axtarışları davam edir. Futbol11.az xəbər verir ki, Kataloniya klubu sürpriz transfer həmləsi edib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, "Barselona" rəhbərliyi PSJ-dən Anhel Di Mariyanı heyətinə qatmağa çalışır. "Liverpul"dan Filip Koutinyo və "Borussiya"dan (Dortmund) Osman Dembele üçün etdiyi təkliflər qəbul olunmayan Kataloniya təmsilçisi heyətini argentinalı ulduzla gücləndirmək istəyir. 

Qeyd edək ki, "Barsa"nın əzəli rəqibi "Real" 2010-cu ildə "Benfika"dan 33 milyon avroya aldığı Di Mariyanı 4 il sonra "Mançester Yunayted"ə 75 milyona satmışdı. PSJ isə 2015-ci ildə onu 63 milyon avroya transfer etmişdi.

 

Son redaktə Şənbə, 12 Avqust 2017