wrapper

Danimarka çempionatında 5-ci turun oyunları keçirilib.

Futbol11.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Kopenhagen" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Horsens"lə qarşılaşıb. Matçın ilk yarısında hesabda geri düşən "Kopenhagen" 77-ci dəqiqədə Federiko Santanderin vurduğu qolla məğlubiyyətdən xilas olub - 1:1.

Qeyd edək ki, 5 turdan sonra 6 xala malik Ağdam klubunun rəqibi 14 klub arasında 7-cidi.

Media