wrapper

“Borussiya” futbolçusu Usman Dembeleni qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırıb.

Futbol11.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Bunun səbəbləri barədə əlavə açıqlama verilməyib. Yalnız o qeyd edilib ki, 20 yaşlı fransalı hücumçu A komanda ilə məşqlərə çıxmayacaq və istəyərsə, fərdi qaydada hazırlıq keçə biləcək.

Almaniya mətbuatının yazdığına görə, Neymarın PSJ-yə keçidindən sonra adı “Barselona” ilə hallanan Dembele intizamsız hərəkətlər edib. O, icasəsiz olaraq komandanın məşqlərində iştirak etməyib, telefonlara cavab verməyib.

Qeyd edək ki, “Borussiya”nın Dembeleyə görə “Barselona”dan 150 milyon avro təzminat tələb etdiyi bildirilib.