wrapper

Mövsümün əvvəlində “Fənərbaxça”dan yeni müqavilə bağlayacağına görə ABŞ-dan gələn təklifləri rədd edən Volkan Dəmirəm “sarı-larcivətlilər”dən ayrılacaq. Futbol11.az xəbər verir ki, buna səbəb əlcək sahibinin azarkeşlər tərəfindən hər dəfə fitə basılmasıdı.

O, istanbullulardan aldığı yeni müqavilə təklifindən imtina etmək niyyətindədi. Meydana çıxdığı son 13 oyunda 20 qol buraxan Dəmirəl azarkeşlərin etirazına haqq qazandırıb: “Etiraz etməkdə haqlıdılar, mən də olsam, etiraz edərdim”. 

Qeyd edək ki, 2002-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyan 35 yaşlı qapıçı bu komandanın heyətində 466 oyuna çıxıb. 

Son redaktə Bazar ertəsi, 11 Sentyabr 2017