wrapper

21 ildi “Arsenal”ı çalışdıran Arsen Venger “Mançester Yunayted”dən (MY) gələn təklifi geri çeviribmiş. Futbol11.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq rəhbəri Martin Edvards bioqrafiyasında bu haqda bildirib:

“İlk namizədimiz Arsen Venger idi. 1996-cı ildə “Arsenal”a gələndən bəri olduqca uğurlu idi, xüsusilə də ilk tam mövsümündə 2 kubok qazananda. Düzdü, sonra olduqca çətin dövrlər də yaşadı. Buna baxmayaraq, Aleks Ferqyusonun yerinə ən ideal namizəd olduğunu düşünürdük. Mənim ilk namizədim idi.  Onunla əlaqə saxladıq və məni evində qəbul etdi” deyən Edvards onun MY-yə keçməyə isti yanaşdığını bildirib.

Fransız mütəxəssis isə iddialara belə cavab verib: “Burada (“Arsenal”) həmişə özümü xoşbəxt hiss etmişəm. Klubun dəyərlərini sevirəm və bu klub mənim üçün ən dəyərlidi. Bu gün komandanın keçdiyi yollar haqqında mətbuatda danışmaq xoşdu. Əlbəttə, “Mançester Yunayted” cəlbedici klubdu, amma “Arsenal”da xoşbəxtəm”.

Qeyd edək ki, Aleks Ferqyuson 2013-cü ildə mançesterlilərin baş məşqçi postunu tərk edib.