wrapper

Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşacaq “Yuventus” bu oyuna itkilərlə çıxacaq. Futbol11.az xəbər verir ki, turinlilər birdən-birə 6 oyunçusunun xidmətindən məhrum olub.

Belə ki, Mario Mandcukiç, Giorgio Kyellini, Sami Xedira, Klaudio Marikizio, Benedikt Hövedes və Xuan Kuadrado komanda ilə birlikdə Barselonaya yollanmayıblar. Adıçəkilənlərdən Mandcukiç və Kyellini zədəsini sağaldıb, sıraya dönsə də, baş məşqçi Massimliano Alleqri risk etməyib. Kuadrado isə ötən mövsüm “Real”la final matçında qırmızı vərəqə aldığına görə cəzalıdı. 

Qeyd edək ki, sözügedən matç bu gün saat 22:45-də start götürəcək. 

Son redaktə Çərşənbə axşamı, 12 Sentyabr 2017