wrapper

Peru DÇ-2018-in seçmə mərhələsində gələn ay Argentina ilə qarşılaşacaq. Futbol11.az xəbər verir ki, “ağ-qırmızılar” bu matçdan əvvəl FİFA-ya müraciət edib.

 Buna səbəb onların görüşün keçirilməsinin nəzərdə tutulduğu Buenos-Ayresdəki “Bombanero” stadionunda oynamaq istəməməsidi. Peru Futbol Federasiyasından FİFA-ya ünvanlanan məktubda perulu azarkeşlərin təhlükəsizliyinə görə narahat olduqlarını qeyd ediblər. Buna görə də perulular qarşılaşmanın başqa stadionda keçirilməsini tələb edib.  

Qeyd edək ki, sözügedən matç oktyabrın 5-də keçiriləcək. DÇ-2018-in Cənubi Amerika üzə seçmə zonasında hazırda Peru və Argentinanın 24 xalı var. Amma topların daha yaxşı fərqinə görə perulular rəqibini qabaqlayır.

 

 

Son redaktə Çərşənbə axşamı, 12 Sentyabr 2017