wrapper

İngiltərə Futbol Federasiyası (İFF) oyunçularına xəbərdarlıq edib. Futbol11.az xəbər verir ki, qrum gələn il Rusiyada keçiriləcək dünya çempionatında diqqətli olmağı tövsiyə edib. 

Ada mətbuatında çıxan xəbərlərə görə Rusiyada keçiriləcək mundialda xakerlərin kompyuter, mobil telefonlara hücum edə biləcəyinin mümkünlüyünü bildirilib. Yığmanın futbolçu və məşqçilərinin bu məsələdə ehtiyatlı davranmağını istəyən federasiya təhlükəsizliyin zəif olacağı ictimai yerlərdə, otellərdə internetdən istifadə edərkən tədbirli olmağa çağırıb.

Qeyd edək ki, "Fancy Bears" adlı xaker qrupu ötən ay qadağan olunmuş pereparatlardan istifadə edən futbolçulara aid materialları üzə çıxarmış və 2015-ci ildə 160, ötən il isə 200 futbolçunun testlərinin pozitiv çıxdığını iddia etmişdi.

 

Son redaktə Çərşənbə axşamı, 12 Sentyabr 2017