wrapper

Qanalı futbolçu Salli Muntarinin avtomobilini kreditini ödəmədiyi üçün əlindən alınıb.

Futbol11.az xəbər verir ki, uzun illər İtaliyada top qovan ulduz futbolçu hazırda işsizdir. 33 yaşlı yarımmüdafiəçi son olaraq bu ölkənin B Seriyasında mübarizə aparan “Peskara”nın şərəfini qoruyub. Onun avtomobilini İtaliya ilə İsveçrə arasındakı sərhəd keçid məntəqəsində saxlayıblar. Muntari qısa etirazdan sonra krediti gecikdirdiyini etiraf edib. O, bunu son dövrlər ağır günlər keçirməsi ilə əlaqələndirib və tezliklə hər şeyi yoluna qoyacağına söz verib.

İtaliya mətbuatının yaydığı məlumata görə, 150 min avro dəyərindəki avtomobili o, Genuyada alıb. Avtomobil məhz ona satan şirkət tərəfindən axtarışa verilib.

Vaxtilə “Udineze”, “İnter” və “Milan”ın formasını geyinən Muntari İtaliyada bir neçə dəfə çempion olub, ölkə kubokunu qazanıb. O, 2009/10 mövsümündə “İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub.