wrapper

"Fənərbaxça"nın sabiq futbolçusu Raul Meyreleş karyerasını bitirib. Futbol11.az xəbər verir ki, yarımmüdafiəçi 33 yaşında yaşıl meydanlarla vidalaşmaq qərarına gəlib.

Karyerası ərzində "Boavişta", "Portu", "Liverpul", "Çelsi" və "Fənərbaxça" kimi klubların şərəfini qorumuş Portuqaliya millisinin sabiq üzvü mövsümün sonunda azad agentə çevrilmişdi.

Son vaxtlar onun İtaliyanın “Kalyari” klubuna keçəcəyi deyilsə də, futbolçu karyerasını bitirmək qərarına gəlib.