wrapper

İngiltərə Premyer Liqa təmsilçilərindən “Kristal Pelas” yeni məşqçi ilə anlaşıb. Futbol11.az xəbər verir ki, bundan sonra komandanı Roy Hocson çalışdıracaq.

70 yaşlı mütəxəssislə 2 illik razılıq əldə edilib. Hocson bu postda Frank de Buru əvəz edəcək. 

Qeyd edək ki, “Kristal Pelas” Premyer Liqanın geridə qalan 4 turunda qola və xala həsrətdi. 

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017