wrapper

Çiçinyo karyerasını yenidən bərpa edib. Futbol11.az xəbər verir ki, braziliyalı müdafiəçi 1 illik fasilədən sonra yaşıl meydanlara qayıtmaq qərarı alıb.

Sonuncu dəfə 2015/16 mövsümündə “Sivasspor”un şərəfini qoruyan 36 yaşlı oyunçu karyerasını vətənində davam etdirəcək. O, 4-cü liqa təmsilçisi “Braziliense” klubunda çıxış edəcək.

 

Qeyd edək ki, bir vaxtlar “Real”da da çıxış edən Çiçinyo Braziliya yığmasında da oynayıb.