wrapper

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda baş tutan “Seltik” - PSJ görüşündə (0:5) xoşagəlməz olay yaşanıb.

Futbol11.az xəbər verir ki, qarşılaşmanın gedişində “Seltik” azarkeşi meydana daxil olaraq PSJ-in hücumçusu Kilian Mbappenin üzərinə şığıyıb. Fanat 3-cü qol vurulduqdan sonra bu addımı atıb və gənc forvarda hücum çəkib.

Lakin azarkeş Mbappeyə xəsarət yetirə bilməyib. Fanat təhlükəsizlik işçiləri tərəfindən meydandan uzalaşdırılıb. UEFA məsələ ilə bağlı araşdırmalara başlayıb.