wrapper

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti karyerasını İngiltərədə davam etdirmək istəyir.

Futbol11.az ESPN-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda “Bavariya”dan ayrılacaq. İddia edilir ki, Ançelotti gələn mövsümdən “Arsenal”ı çalışdıra bilər.

Həmçinin, Münhen təmsilçisinin Ançelottinin yerinə Yulian Naqelsmannı gətirmək istədiyi də bildirilir.

Qeyd edək ki, italiyalı baş məşqçinin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda bitir.