wrapper

Dünən DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib. Futbol11.az xəbər verir ki, geridə qalan matçlardan sonra daha 6 yığma mundiala vəsiqə qazanıb.

Bunlar Avropadan Fransa, Portuqaliya, Cənubi Amerikadan Uruqvay, Argentina, Kolumbiya, Şimali və Mərkəzi Amerikadan isə Panama Rusiyada keçiriləcək DÇ-də iştirak hüququ əldə edib. Adıçəkilənlərdən Panama yığması tarixində ilk dəfədi ki, mundialda iştirak edəcək. Panamalılra DÇ-lərin iştirakçısı olacaq 79-cu ölkə kimi tarixə düşdülər. Bundan başqa, Cənubi Amerikadan Peru, Şimali və Mərkəzi Amerikadan Honduras qitələrarası pley-offun iştirakçısı olacaq. Onlar müvafiq olaraq OkeaniyadanYeni Zelandiya və Asiyadan Avstraliyaya qarşı mübarizə aparacaqlar.

Əvəzində ABŞ və Çili kimi yığmalar mötəbər turnirdən kənarda qaldı.

Qeyd edək ki, yuxarıda adıçəkilənlərdən başqa Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Belçika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta Rika, Polşa, Misir, İslandiya və Serbiya da daha əvvəl DÇ-yə vəsiqə qazanmışdı.

Son redaktə Çərşənbə, 11 Oktyabr 2017