wrapper

ABŞ yığmasının baş məşqçisi Brüs Arena Trindad və Tobaqoya məğlubiyyətdən sonra (1:2) mundialdan kənar qalmaqları barədə danışıb. Futbol11.az xəbər verir ki, mütəxəssis bunu biabırçılıq adlandırıb:

 “Bu bizim üçün biabırçılıqdı. Biz DÇ-ni buraxmalı deyildik. Məsuliyyət mənim üzərimdədi. Öz qapımıza axmaq bir vəziyyətdən qol vurduq. Bu qol meydan sahiblərinə psixoloji üstünlük gətirdi və motivasiyalarını artırdı. Mərkəz müdafiəçilərimiz topla inamsız şəkildə rəftar edirdilər. Hücumçularımız da bərbad oynadılar, topa çata bilmirdilər. İkinci qolu isə möhtəşəm bir zərbədən sonra buraxdıq. Nə deyə bilərəm ki?”

Qeyd edək ki, ABŞ yığması sonuncu dəfə 1986-cı ildə Meksikada keçirilən DÇ-dən kənar qalmışdı

 

 

 

Son redaktə Çərşənbə, 11 Oktyabr 2017