wrapper

Çili yığmasının baş məşqçisi Xuan Antonyo Pizzi istefa verib. Futbol11.az xəbər verir ki, buna səbəb millinin Braziliyaya məğlub olaraq DÇ-2018-ə yollana bilməməsidi.

Mütəxəssis seçmə mərhələnin sonunda müqaviləsinin başa çatmasını gözləmədən bu addımı atıb: “İşimə davam etməyim söhbət mövzusu belə ola bilməz. Federasiya ilə heç bir danışıq aparmayacam”.

 

Qeyd edək ki, Aleksis Sançes, Arturo Vidal, Klaudio Bravo kimi oyunçuların yer aldığı Çili 2015 və 2016-cı illərdə Cənubi Amerikada qitə çempionu olmuşdu. Çilililər sonuncu dəfə 2006-cı ildə DÇ-də iştirak edə bilməmişdi.