wrapper

Çili yığmasının üzvü Arturo Vidal karyerası ilə bağlı önəmli qərar qəbul edib.

Futbol11.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub. "Bavariya"nın futbolçusu bu qərarı DÇ-2018-in seçmə mərhələsində Braziliyaya uduzaraq (0:3) mundiala vəsiqə şanslarını itirdikləri oyundan sonra verib.

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan 30 yaşlı futbolçu keçirdiyi 95 oyunda 23 qol vurub.