wrapper

Çili millisinin futbolçusu Arturo Vidal yığma karyerasını başa vurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Futbol11.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu məlumatları təkzib edib: "Bir döyüşçü ağlaya bilər, qoxa bilər, ümidsizliyə qapıla bilər, ancaq heç vaxt təslim olmaz və ölənə qədər də bundan vaz keçməz. Biz birlikdə güclüyük, tək-tək yox. Biz Çili əsgərləriyik. İrəli Çili! Gələn döyüşdə görüşənədək".

Qeyd edək ki, 2007-ci ildən Çili millisinə çağırılan 30 yaşlı futbolçu keçirdiyi 95 oyunda 23 qol vurub.