wrapper

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Roma” itki ilə üzləşib. Futbol11.az xəbər verir ki, “canavarlar”ın hücumçusu Stefan Əl Şaraavi sıradan çıxıb.

O, DÇ-2018-in seçmə mərhələsində Albaniya ilə görüşdə zədələnib. Hücumçu qarşıdakı 1-2 həftə meydanlardan kənar qalacaq. 

Qeyd edək ki, “Roma”da Əl Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.

Son redaktə Cümə axşamı, 12 Oktyabr 2017