wrapper

Bir vaxtlar ulduz futbolçusu Luiş Fiqu bundan sonra UEFA-da işləyəcək. Futbol11.az xəbər verir ki, portuqaliyalı sabiq yarımmüdafiəçi qurumun prezidenti Aleksander Ceferinin köməkçisi kimi fəaliyyət göstərəcək.

Sloveniyalı futbol funksioneri Fiqunun gəlişini belə şərh edib:

“Fiqu möhtəşəm futbolçuydu. O hörmətəlayiq biridi. Onun da heyətimizə qatılmasına görə şadam”. 

Qeyd edək ki, 2000-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən Fiqu “Barselona”, “Real”, “İnter” kimi klubların şərəfini qoruyub.

Son redaktə Cümə axşamı, 12 Oktyabr 2017