wrapper

DÇ-2018-in seçmə mərhələsində son turda səfərdə Paraqavyı məğlub edərək (0:1) mundiala yolunu bağlayan Venesuelanın baş məşqçisi Rafael Dudamel maraqlı açıqlamaları ilə diqqət çəkib. Futbol11.az xəbər verir ki, çalışdırıcı meydan sahiblərinin onları oyundan əvvəl təhrikə cəhd etdiyini bildirib:

“Matçdan əvvəl paraqvaylılar futbolçularımı yoldan çıxarmaq üçün məskunlaşdığımız otelə qadınlar göndərdilər. Əslində buna təəccüblənmədik. Bu taktika və fəndlər əvvəllər istifadə edilirdi. Bu təxribata uymadan qalib gəldik”.

 

Qeyd edək ki, Paraqvay matçdan əvvəl heç bir iddiası qalmayan Venesuelanı məğlub etsəydi, DÇ-ə vəsiqə qazanacaqdı.