wrapper

Panamada bir günlük tətil elan edilib.

Futbol11.az xəbər verir ki, bun ölkənin futbol milli komandasının dünya çempionatına vəsiqə qazanması olub. Panama prezidenti Xuan Karlos Varela bu qələbə münasibətilə ölkədə bir günlük bayram tətili elan edib.

Xatırladaq ki, DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının qrupunda son turda Kosta-Rika yığmasını 2:1 hesabıyla məğlub edən Panama millisi tarixi ərzində ilk dəfə mundiala vəsiqə qazanıb.