wrapper

Çili yığmasının üzvü Eduardo Varqasla meksikalı model Daniella Çaves "İnstagram”da söz davasına çıxıb. Futbol11.az xəbər verir ki, karyerasını Meksikanın “Tiqres” klubunda çıxış edən hücumçu haqqında yazılan ittihama elə sosial şəbəkədə cavab verib.

Çaves Varqasın klubunda zəif, millidə isə daha yaxşı təsir bağışladığını bilidirib və onu “Tiqres”də yaxşı çıxış etməməkdə günahlandırıb. Bu paylaşıma əsəbləşən futbolçu isə modeli xoşuna gələ bilməyəcək şeylə paylaşacağı ilə hədələyib və ona “ancaq çılpaq şəkillər paylaşmağı bilən biri kimi niyə başa düşmədiyin futbolla bağlı şərh bildirirsən” sualını ünvanlayıb. Çavez isə futbolçunu cinsi ayrı-seçkilikdə günahlandırıb.

Qeyd edək ki, Varqasın şərəfini qoruduğu Çili bir neçə gün əvvəl Braziliyaya məğlub olaraq DÇ-2018-ə qatılmaq şansını əldən vermişdi.

 

 

Son redaktə Cümə, 13 Oktyabr 2017