wrapper

 “Yuventus”un almaniyalı oyunçusu Sami Xedira “FİFA18” komputer oyunundan narazılıq edib. Futbol11.az xəbər verir ki, yarımmüdafiəçi istehsalçı şirkətə onu düzgün təsvir etmədiyinə görə narazılığını öz “Tvitter” hesabında bildirib.

Belə ki, o saçlarının uzun göstərilməsindən şikayətçidi. Xedira etdiyi paylaşımda “xəbəriniz yoxdu, amma 2 ildi ki, saçlarım qısadı” şəklində şərh bildirib. Ona ən maraqlı cavabı isə izləyicilərindən biri verib: “Daim zədəli olduğundan qısa saçlı halını görməyiblər”.

Qeyd edək ki, futbolçu bu il avqustun 26-da “Cenoa” ilə matçda zədələndikdən sonra hələ ki, meydana çıxa bilməyib.

 

 

Son redaktə Cümə, 13 Oktyabr 2017