wrapper

İngiltərənin "Nyukasl" klubu "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Cenk Tosunu transfer etmək istəyir. Futbol11.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İddiaya görə, bir müddətdi türk futbolçunu izləyən Premyer Liqa klubunun skautları onunla bağlı hesabatı baş məşqçi Rafael Benitesə təqdim edib. İspan mütəxəssis Cenkin transferinə razılıq verib.

Bildirilir ki, "Nyukasl" rəhbərliyi tür forvardın transferinə 15 milyon funt-sterlinq büdcə ayırıb. Premyer Liqa klubu bu məbləğlə qış fasiləsində "Beşiktaş"a müraciət edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildən "Beşiktaş"da çıxış edir.