wrapper

"Mançester Yunayted"iin futbolçusu Markus Reşford "Real"ın maraq dairəsinə düşüb.

Futbol11.az xəbər verir ki, gənc hücumçunu klub rəhbərliyinə Kriştiano Ronaldo məsləhət görüb. O, "Real" rəsmiləri ilə söhbətində Reşfordun transferinin komandaya çox fayda verə biləcəyini deyib.  Madridlilərin indiki məqamda əsas transfer hədəfi Harri Keyndir. "Tottenham"in üzvünün keçidi baş tutmasa, "Real" rəhbərliyi Reşfordla danışıqları gücləndirəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Markus Reşford 2015-ci ildən əsas komandanın formasını geyinir. O, "mankunianlar"ın heyətində 84 oyunda 25 qola imza atıb.

Son redaktə Cümə, 20 Oktyabr 2017