wrapper

Neymar Braziliya məhkəməsi tərəfindən növbəti dəfə cərimələnib.

Futbol11.az saytının məlumatına görə,  ötən il 6,7 milyon avro cərimə ödəyən PSj-nin ulduz futbolçusu bu il də "pis niyyət"inə görə əlavə 1 milyon avro ödəyəcək.

Xatırladaq ki, 2011-2013-cü illərdə "Santos"da çıxış edərəkən "Barcelona"ya transferi zamanı ümumilikdə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməməsi aşkarlandığına görə, sambaçı cəzalanmışdı.