wrapper

"Arsenal" yeni transferini açıqlayıb. Futbol11.az xəbər verir ki, bu, 20 yaşlı müdafiəçi Cohen Bramalldı.

Hələlik müqavilənin detalları ilə bağlı məlumat verilməsə də, bu keçid üçün London təmsilçisinin 40 min funt-sterlinq ödədiyi bildirilir.

Bramall son olaraq İngiltərə çempionatının 7-ci divizionunda çıxış edən "Hednesford Town"da oynayıb.

Maraq üçün onu da bildirək ki, "Arsenal"ın yeni transferi dekabrın 20-ə kimi "Bentley" avtomobil zavodunun işçisi olub.  

Son redaktə Çərşənbə axşamı, 10 Yanvar 2017