wrapper

İspaniya Peşəkar Futbol Liqası FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qərarına qarşı çıxıb.

Futbol11.az xəbər verir ki, İspaniya PFL-i ali futbol qurumunun yeni qərarı ilə razı deyil. İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar. Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi.

Qeyd edək ki, FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 48-ə çatdırılmasına qərar verilib.

Futbol11.az

Son redaktə Çərşənbə axşamı, 10 Yanvar 2017