wrapper

İspaniya La Liqasında mübarizə aparan "Espanyol" klubu futbolçusu Martin Demiçelislə yollarını ayırıb. 

Futbol11.az xəbər verir ki, Katoloniya təmsilçisi Agentina millisinin 36 yaşlı üzvünün mövsümün sonunda başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün əvvəlində "Mançester Siti"dən transfer olunan müdafiəçi komandanın heyətində cəmi 2 matçda iştirak edib. 

Qeyd edək ki, Demiçelis karyerasına ölkəsinin "River Pleyt" klubunda başlayıb. O, daha sonra "Bavariya", "Malaqa", "Atletiko" və "Mançester Siti"də oynayıb. Demiçelis "Bavariya" ilə 4 dəfə, "Mançester Siti" ilə isə 1 dəfə çempionluq yaşayıb. 

Futbol11.az 

Son redaktə Çərşənbə axşamı, 10 Yanvar 2017