wrapper

İspaniyanın "Sevilya" klubunu heyətini bir futbolçu ilə gücləndirib. Futbol11.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliya "İnter"dən Stevan Yovetiçi transfer edib.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. O, mövsümün sonuna qədər icarə əsasında "Sevilya"da çıxış edəcək. 

Qeyd edək ki, hücumçu cari mövsümdə meydana çıxdığı 9 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib.

Son redaktə Çərşənbə axşamı, 10 Yanvar 2017