wrapper

"Real"ın prezidenti Florentino Perez Kriştiano Ronaldoya Çindən təklif gəlməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Futbol11.az xəbər verir ki, Madrid təmsilçisinin başqanı Asiya ölkəsindən heç bir təklif almadıqlarını söyləyib.

"Belə bir təklif almadıq. İllərdi Ronaldonu transfer etmək istəyənlər oldu. Ancaq Çindən hər hansı təklif gəlməyib. Bəzən insanlar kənardan düşünmədən danışa bilir" deyə, klub prezidenti bildirib.

Qeyd edək ki, yayılan xəbərlərə görə, Çin klubları Ronaldonu transferinə 300 milyon avro xərcləməyə hazır olduqları bildirilir.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017