wrapper

DÇ-2018-in final mərhələsinin daha iki iştirakçısı müəyyənləşib.

Futbol11.az xəbər verir ki, bunlar Tunis və Marakeş milliləridir. Tunis yığması DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin 6-cı turunda Liviya ilə qolsuz heç-heçə edib və "A" qrupunda rəqibləri  üçün əlçatmaz olub. Bununla da yığma tarixində 5-ci dəfə mundiala vəsiqə qazanıb.

Mərakeş "C" qrupunda Fildişi Sahilinə 2:0 hesabı ilə qalib gəlib və qrup 1-cisi olub.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Seneqal, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.