wrapper

DÇ-2018-ə vəsiqə qazanmaq uğrunda ilk pley-off matçında İsveçə məğlub olan İtaliya 60 ildən sonra ilk dəfə mundialdan kənar qala bilər. Futbol11.az xəbər verir ki, 1958-dən bəri bütün DÇ-lərdə iştirak edən apenninlər mərhələni adlamaq üçün azı 2 top fərqi ilə qazanmalıdı.

Sabah keçiriləcək cavab qarşılaşmasından əvvəl italiyalıların qapıçı Canluici Buffon açıqlama verib. O, panikaya ehtiyac olmadığını bildirib:

“Cavab görüşündə panikaya düşmədən və özümüzə inanaraq oynamalıyıq. İlk matçda məğlub olmuşuq. Bunu aradan qaldırmaq üçün bizi qarşıda 90 dəqiqə gözləyir. Əvvəla ilk qarşılaşmada məğlub olduq deyə ağlamalıyıq. Dolu “San Siro” tribunaları bizimlədi. Həyatımızın oyunu olmayacaq, amma özümüzə güvənib meydana çıxmalıyıq. Təşvişə düşməməliyik”. 

Qeyd edək ki, İtaliya bundan əvvəl baş tutan 20 DÇ-nin 18-də iştirak edib və 4 dəfə (1934, 1938, 1982, 2006) dünya çempionu olub.

Son redaktə Bazar, 12 Noyabr 2017